| Paytaxt |
Pekin
39°55′N 116°23′E / <span class="geo-dec geo" title="Maps, aerial photos, and other data for Expression error: Unrecognised punctuation character "-]>
- Coğrafiya
- Yeri və ərazisi
Geniş torpaqlarında zəngin təbii sərvətlərə sahibdir. Çinin ərazisi təxminən 9.6 milyon km2 vəya dünyanın ərazisinin 6.4ünə bərabərdir. Çin torpaqlarının şimaldan cənuba uzunluğu təqribən 5500 kmdir və Mohe qəsəbəsinin şimalındakı Heilong çayının mərkəzindən (53030`) Nanşa adalarının ən cənubundakı Zengmu resifinə qədər (40) uzanmaqdadır. Şimaldakı Heilongjiang bölgəsi qarlarla örtülüykən Cənubi Çin dənizindəki adalar tropik yay istisiylə qovrulur.
- Ətraf dənizlər və adalar
Çinin ətrafı şərqdə və cənubda Bohai, Huanqhai (Sarı Dəniz), Şərqi Çin və Cənubi Çin dənizləri ilə əhatə olunur. Bohai dənizi Çinin qitə dənizidir. Qalan dənizlər isə Sakit okean hövzəsi dənizləridir. Çinin dəniz sərhədlərinin uzunluğu 32000 kmdir. Buna adaların sərhəd uzunluqları da daxildir.
- İnzibati vahidlər
Müasir Çin birbaşa mərkəzi hökümətin idarəsi altında olan 23 əyalətə, 5 muxtar bölgəyə, və 4 bələdiyyəyə bölünmüşdür. Bu inzibati vahidlər 30 muxtar vilayət, 640 şəhər və 1716 rayon səviyyəsində inzibati vahiddən təşkil olunmuşdur. Rayon inzibati vahidləri 30000dən çox qəsəbə və 17000dən çox nahiyədən ibarətdir.
- Honq Konq və Makao
- Əsas Şəhərlər
- Tarix
Dünyadakı ən qədim mədəniyyətlərdən biri olan Çin təqribən 4000 illik yazılı tarixə sahibdir. Yunnan əyalətindəki Yuanmouda çalışan antropoloqlar, Çində kəşfedilmiş ən qədim insanabənzər canlı olan və bu bölgədə təqribən 1.7 milyon il əvvəl yaşamış olan "Yuanmou adamının" qalıqlarını tapmışdılar. 400000 vəya 500000 il əvvəl müasir Pekinin cənub qərbindəki Zhoukoudianda yaşamış olan "Pekin Adamı", insanın əsas xüsusiyyətlərinə sahib idi.
- Qədim zamanlar
Çin ərazisindəki quldarlıq quruluşu eramızdan əvvəl 21ci yüzillikdə Şia (Xia) sülaləsinin qurulması ilə başlanır. Sonrakı Şanq (Shang) (e.ə 16 - 11ci yüzilliklər) və Qərbi Cou (Zhou) (e.ə 11ci yüzillik - e.ə 770ci il) dövründə quldarlıq sistemi daha da gücləndi. Bundan sonra quldarlıq quruluşu İlkbahar və Sonbahar dövrü sonra da Vuruşan Padşahlıqlar dövründə (vəya Şərqi Cou dövrü, e.ə 770 - e.ə 221) tədriclə feodalizm quruluşu ilə əvəz olunmağa başladı. Eramızdan əvvəl 221ci ildə Çin xanədanının ilk imperatoru Çin Şi Huanq (Qin Shi Huang - Tsin Şi Xuandi) Vuruşan Padşahlıqlar dövründəki müstəqil dövlətləri vahid Çin süaləsi ətrafında birləşdirdi. Bu Çin tarixindəki ilk çox etnik qruplu, mərkəzi feodal dövlət idi. 1840cı ilindəki Tiryək müharibələri zamanı Çin artıq 2000 illik feodal dövlət idi.
- Müasir dövr(1840-1949)
1840cı ildə Tiryək müharibələrinin başlanması Çin tarixində böyük dəyişikliyə yol açdı. XIX əsrin əvvəllərindən etibarən İngiltərə kontrabanda yolu ilə Çinə böyük miqdarlarda Tiryək ixrac etmiş və eləcə də Çin gümüşünü ölkədən çıxarmışdır. Bu Çinin iqtisadi zərərə uğramasına gətirib çıxardı. 1839cu ildə Çinq(Qing) höküməti Tiryək kontrabandasının yox edilməsi üçün Lin Ceşunu Quanqdonqa məmur təyin etdi. İngiltərə mənfəət gətirən bu kontrabandanı qorumaq üçün 1840cı ildə Çinə müharibə elan etdi. Çin xalqı Lin Ceşu ilə birlikdə silaha sarılsa da Çinq höküməti İngiltərəyə boyun əydi və alçaldıcı Nankinq müqaviləsini imzaladı. Müqavilə Çini yarı feodal yarı müstəmləkə bir dövlətə çevirdi.
- Yeni Demokratik İnqilab
(1919-1949) Rusiyadakı Oktyabr inqilabından sonra Marksizm Çinə yayıldı. Çin intellektualları Marksizmi ölkənin yeganə qurtarıcı gücü olduğunu düşünməyə başladılar. Oktyabr inqilabının təsiri altında 1919cu ildə məşhur 4 May Hərəkatı başladı. 1921ci ildə ölkədəki bütün inqilabi qrupları təmsil edən Mao Tzedonq, Donq Bivu, Çen Tançui, He Şuhenq, Vanq Cinmey, Denq Enminq və Li Da Şanxayda Birinci Milli Konqresi təşkil edərək Çin Kommunist Partiyasını qurdular.
- Çin Xalq Respublikası
- Əhali və xalqlar
Çin dünyada ən çox əhaliyə sahib ölkədir.
- Təbii Artım
| İl |
Doğum (1/1000 olaraq) |
Ölüm (1/1000 olaraq) |
Artım (1/1000 olaraq) |
| 1949 |
36.00 |
20.00 |
16.00 |
| 1952 |
37.00 |
17.00 |
20.00 |
| 1957 |
34.03 |
10.80 |
23.23 |
| 1965 |
37.88 |
9.50 |
28.38 |
| 1970 |
33.43 |
7.60 |
25.83 |
| 1975 |
23.01 |
7.32 |
15.69 |
| 1980 |
18.21 |
6.34 |
11.87 |
| 1985 |
21.04 |
6.78 |
14.26 |
| 1990 |
21.06 |
6.67 |
14.39 |
| 1995 |
17.12 |
6.57 |
10.55 |
- Etnik Qruplar
| Etnik Qrup |
Sayı(10000 nəfər olaraq) |
Yaşadıqları Vilayət/lər |
| Monqol |
480.24 |
Daxili Monqolustan, Şingiyanq(Xinjiang - Sintszyan), Liaoninq, Gilin(Jilin), Heilonqgyianq(Heilongjiang), Qansu, Hebey (Hebei), Henan, Çinqhay(Qinghai) |
| Hui |
861.20 |
test |
| Zanq(Tibetlilər) |
459.31 |
Tibet, Çinqhay, Siçuan, Qansu, Yunnan, Şingiyanq |
| Uyğur |
720.70 |
Şingiyanq |
| Miyao |
738.36 |
Quicou, Hunan, Yunnan, Quanqşi, Siçuan, Haynan, Hubey, |
| Yi |
657.85 |
Siçuan, Yunnan, Quicou, Quanqşi |
| Gyuanq(Zhuang) |
1555.58 |
Quanqşi, Yunnan, Quanqdonq, Quicou |
| Bouyey(Bouyei) |
254.83 |
Quigyou (Guizhou) |
| Çaoşian(Koreyalılar) |
192.34 |
Gilin, Liaoninq, Heilonqgyianq |
| Man (Mancurlar) |
984.68 (Daxili Monq.) |
Liaoninq, Gilin, Heilonqgyianq, Hebei, Beijinq (Pekin) |
| Donq |
250.86 |
Quicou, Hunan, Quanqşi |
| Yao |
213.70 |
Quanqşi, Hunan, Yunnan, Quanqdonq, Quicou |
| Bai |
159.81 |
Yunnan, Quigyou |
| Tugyia(Tujia) |
572.50 |
Hunan, Hubei |
| Hani |
125.48 |
Yunnan |
| Qazax |
111.08 |
Şingiyanq, Qansu, Çinqhay |
| Dai |
102.54 |
Yunnan |
| Li |
111.25 |
Haynan(Hainan) |
| Lisu |
57.46 |
Yunnan, Siçuan |
| Va |
35.20 |
Yunnan |
| Şe |
63.47 |
Fugyian, Geigyanq, Gyanqşi, Quandonq |
| Qaoşan (Tayvan xaric) |
0.29 |
Tayvan, Fugyian |
| Lahu |
41.15 |
Yunnan |
| Şui |
34.71 |
Quicou (Guizhou), Quanqşi |
| Donqşianq |
37.37 |
Qansu, Şingiyanq |
| Naşi |
27.78 |
Yunnan, Siçuan |
| Jinqpo |
11.93 |
Yunnan |
- Muxtar Vilayətlər
- Din
Çin, din baxımından böyük rəngarəngliyə malik ölkədir və 100 milyondan artıq insan fərqli dinlərə inanmaqdadır. Başlıca dinlər arasında Buddizm, İslam, Katoliklik, Protestantlıq, Çinin yerli dini olan Taoizmlə bərabər, Şamanizm, Şərqi ortodoks xristianlığı və Naşi(Naxi) xalqının Donqba dini vardır.
- Bayramlar
- Dillər
Han xalqının dili olan Çincə Sino-Tibet vəya Han-Tibet dil ailəsinə mənsubdur. Çində ən çox istifadə olunan dildir və dünyada ən çox danışılan dillərdən biridir. Yazılı Çincə 6000 il əvvəl meydana gəlmişdir. Bu gün istifadə edilən Çin ideoqramları və loqoqramları 3000 il əvvəldən sümük və tisbağa qınına daha sonra da bürünc üzərinə yazılan işarələrdən əmələ gəlmişdir.
- Siyasi Sistem
Çin çoxpartiyalı sistemə sahib sosialist dövlətidir. Ən güclü partiya olan Çin kommunist partiyası xaricində 8 partiya da mövcuddur. Bunlar demokratik partiyalar qrupunu təşkil edir və aşağıdakılardır.
- Kuomintanq Çin İnqilabi Komitəsi (Komindan)
- Çin Demokratik Birliyi
- Çin Demokratik Milli Qruplaşma Birliyi
- Çin Demokratik İnkişaf Birliyi
- Çin Kəndli və Fəhlə Demokratik Partiyası
- Çin Zhi Gong Dang
- Jiusan Dərnəyi
- Tayvan Demokratik Muxtar Birliyi
- Dövlət quruluşu
Kateqoriya: Çin Xalq Respublikası
|